Polşanın Baş Qərargah rəisi və komandanı istefa verdi

Polşa Ordusunun Baş Qərargah rəisi, general Rajmund Anjeyçak və silahlı qüvvələrin əməliyyat komandanı, general-leytenant Tomaş Piotrovski istefa veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat yayıb.

Bildirilib ki, generallr müdafiə naziri Mariuş Blaşzakla fikir ayrılığına görə, vəzifələrindən imtina ediblər. Hər iki komandirin istefası ilə bağlı müraciətlər prezidentə göndərilib.