Polşaya aid kommersiya gəmisi dənizdə batdı

Şənbə günü axşam göyərtəsində 19 nəfər olan Polşa gəmisi Baltika dənizində batıb.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin nümayəndəsi Rafal Qoyetsk deyib.

“Şənbə günü axşam “Mietus” gəmisi dənizdə batıb. O, kommersiya məqsədli gəmidi idi. İnsanları balıq tutmağa aparırdı”- deyə Qoyetsk bildirib.

Gəminin hansı səbəbdən batdığı hələ ki, məlum deyil. Xidmətin məlumatına görə, göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.

İdarədən qəza zamanı bir nəfərin başından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

COP29