ABŞ-ın dövlət müşaviri Mayk Pompeo sərt bəyanatlarla çıxış edib.
Yenicag.az xəbər verir ki, o, Venesuela prezidenti Nikolas Maduroya qarşı siyasi və iqtisadi sanksiyaların davam edəcəyini bildirib.
Pompeo Maduronun məsuliyyətsiz davranışlarını tənqid edib. O, qeyd edib ki, Maduro məsələnin ciddiyyətini daha yaxşı dərk etsin deyə əllərində olan siyasi və iqtisadi bütün vasitələrdən istifadə edəcəklər.
ABŞ rəsmisi həmçinin Rusiya və Kubanın da Maduro hökumətinə verdikləri dəstəyə görə cavab verməli olacaqlarını söyləyib.