Türkiyənin məşhur aktrisası Yasemin Özilhan yeni görünüşü ilə gündəm olub.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailə qurduqdan sonra aktrisalığa vida edən Yasemin sosial şəbəkə hesabında etdiyi paylaşımları ilə tez tez müzakirə edilir.
Üzündə etdiyi estetik əməliyyatları ilə diqqət çəkən aktrisanın fotoları bu dəfə də müzakirəsiz ötüşməyib.
İzləyicilər onun “Instagram”da etdiyi paylaşımlara “dodaqları həddən artıq həcmlidir”, “əvvəlki halı daha gözəl idi” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Yesemin Özilhan 2006-2011-ci illərdə yayımlanan “Doktorlar” serialında Ela obrazı ilə tanınıb. O, hazırda türkiyəli iş adamı Tuncay Özilhanın oğlu İzzet Özilhanla evlidir.