“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yayda “Real”a keçəcək.
Yenicag.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb. Dünyaca məşhur nəşrin iddiasına görə, fransalı futbolçunun meneceri Mino Rayola bir müddətdir onun “kral klubu”na keçidi üzərində işləyir. Elə 26 yaşlı oyunçu da hazırda özü üçün ən ideal klubun “Real” olduğunu düşünür.
Amma “Mançester Yunayted”in 2016-cı ildə “Yuventus”dan 114 milyon avroya aldığı futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir. Digər tərəfdən “Real”ın bu transferdə elə də maraqlı olmadığı deyilsə də, Zinəddin Zidanın həmyerlisini sərəncamında görməkdə maraqlıdır./qol.az/