Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ilin ilk yarısında Azərbaycana rəsmi səfər etməyi planlaşdırır.
Bu barədə məlumat Ukrayna Prezident administrasiyasının rəsmi saytında yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko arasında baş tutan telefon danışığı zamanı dövlət başçıları iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər.