Ukrayna prezidentinin mətbuat katibliyi: Səfərin tarixi Azərbaycan tərəfi ilə müzakirə olunur
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat katibliyindən məlumat verilib.
Mətbuat katibliyindən bildiriblər ki, hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi müzakirə edilir. “Ukrayna prezidenti dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb”, – deyə açıqlamada qeyd olunu(APA).