Poroşenko Əliyevlə Bakı səfərini müzakirə etdi

dbab14443b2aa0036db596c9f1acc00b_1463998623Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Puoytr Poroşenko ilə görüşüb.

Görüş İstanbulda keçirilən Ümumdünya Humanitar Sammiti çərçivəsində baş tutub.

Görüş zamanı Ukrayna prezidentinin Bakıya səfərinin hazırlıqları müzakirə olunub.

Ölkə başçıları, həmçinin yaxın vaxtlarda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna dövlətlərarası komissiyasının iclasının keçirilməsinə dair razılıq əldə ediblər.