Ukraynan Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: “Zati-aliləri. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanmışdır.
Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm”.