Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Poroşenko, Saakaşvili və Putinin “qeyb olması”

“Ukrayna hakimiyyəti özü üçün ən rahat qərarı verdi”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini dəyərləndirən Gürcüstanlı politoloq Gela Vasadze deyib.

Politoloq hesab edir ki, Saakaşvilinin deportasiyası onunla bağlı layihənin başa çatması anlamına gəlmir:

“Saakaşvilinin Polşaya deportasiya edilməsi onun Ukraynadakı siyasi layihəsi üçün mümkün olan ən neqativ layihə olsa da, bu addım Poroşenko komandası adına ağrısız qərar idi.

Sosioloji sorğuların şübhəli nəticələrində Saakaşvilinin reytinqi ağaşı rəqəmlə göstərilsə də, baş verənlər onun Ukrayna hakimiyyəti üçün çox ciddi təhlükə kimi görüldüyünü təsdiqləyir.

Onun Ukrayna hakimiyyətinə təklif etdiyi və Gürcüstanda artıq uğurla sınanmış alternativlər rəsmi Kiyevi həqiqətən də çətin vəziyyətə salmışdı. Bu addım Saakaşvilinin Ukraynadakı siyasi layihəsinin başa çatması deməkdir? Əlbəttə, yox. Hər şey Ukraynada və onun ətrafındakı vəziyyətin inkişafından asılı olacaq”.

Vasadzenin fikrincə, Poroşenkonun Saakaşvilinin deportasiyası məsələsində Putinlə məsləhətləşdiyi barədə gəzən şayiələrə də toxunub.

“Açığı, bu söz-söhbətlər mənə qəribə gəlir. Poroşenko bu məsələni Qərblə müzakirə edə bilərdi. Ancaq o, çətin ki bu barədə Putinlə danışsın. Səbəb də sadədir. Çünki Qərbdəki tərəfdaşlar Saakaşvilinin deportasiyasına neqativ yanaşa, onu dəstəkləyən daxili siyasi rəqiblərinə bununla bağlı izahat vermək tələbi ilə üzləşə bilərlər. Ancaq Putinin bu hadisəyə hansısa reaksiya ola bilməzdi”.

Xatırladaq ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları fevralın 12-də Kiyevdəki restoranlardan birində Saakaşvilini həbs edərək, Polşaya göndəriblər.

www.yenicag.az

1170
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM