Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Poroşenkoya şok - Haqqında istintaq başlandı

Ukraynanın sabiq prezidenti Petro Poroşenko haqqında istintaq başlanıb.

Yenicag.az xəbər verir ki, Poroşenko 2016-cı ildə dövlətin himayəsinə keçən və ölkənin ən böyük bankı olan “Privatbank” haqqında gedən məhkəmə işinə qanunsuz müdaxilə və hakimlərə təzyiqdə ittiham edilir.

Qeyd edək ki, Ukrayna hökuməti ölkənin ən zəngin iş adamlarından biri olan İqor Kolomoyskinin sahib olduğu “Privatbank”a məhkəmə qərarıyla əl qoymuşdu. İddia olunan isə odur ki, məhkəmə bu qərarı Poroşenkonun təzyiqiylə almağa məcbur olub.

Onu da bildirək ki, Kolomoyski yeni seçilən prezident Vladimir Zelenskinin yaxın dostudur.

www.yenicag.az

5339