“Porsche” şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb.
Yenicag.az-ın məlumatına görə, qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır.
Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış “Panamera” modellərinə şamil edilib.
Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək./Trend/