“Porsche” şirkəti Rusiyadan 2055 avtomobili geri çağırıb.
Yenicag.az xəbər verir ki, bu qərar avtomobillərin kondisionerinin ventilyasiya sistemində qısaqapanma ehtimalı ilə əlaqədar verilib.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2017-ci ilin oktyabrınadək Rusiyada satılmış “Panamera” modellərinə şamil olunur.
Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək./Trend/