“Porsche”sində avtomat gəzdirən şəxs saxlanıldı – FOTO

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.