!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Portmanat” müştərilərin pulunu vermir

Azərbaycanda elektron pul kisəsi xidmətini təqdim edən şirkətlərin əksəriyyəti ilə bağlı müştəri narazılığı var.

Yenicag.az xəbər verir ki, bunlardan biri “Portmanat”dır.

Məsələ burasındadır ki, hazırda sözügedən elektron pul kisəsindən çıxarış etmək mümkün deyil. Buna səbəb “ExpressBank”ın portmanatla olan müqaviləsinə xitam verməsidir. Buna görə də “Portmanat Kart”a çıxarış bölməsi ləğv edilib.

Bu səbədən “Portmanat” istifadəçiləri çıxılmaz vəziyyətdə qalıblar. Hesablarından pul çıxarışı etmək istəyən şəxslər şirkətdən “rədd” cavabı alır. Onlara pulunuzu “nağdılaşdıra bilmərik, gözləyin” cavabı verilir.

Problemin hansı tarixdə həll olacağı isə sual olaraq qalır. Belə olan halda şirkətin etibarlığı da sual altına düşür.

www.yenicag.az

2566
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100