“Portu”nun oyununda qorxulu anlar – FOTOLAR

Portuqaliya Premyer Liqasının hesabat turunda keçirilən “Eştoril” – “Portu” matçında qorxulu anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, ilk hissənin sonuna yaxın matçın keçirildiyi “Antonio Coimbra da Mota” stadionunun qapı arxası tribunası çökmə təhlükəsi ilə üzləşib.

Tribunada olan azarkeşlər dərhal stadiona axışıblar. Bir müddət sonra isə matçın təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, 17-ci dəqiqədə Eduardonun vurduğu qol sayəsində “Eştoril” hesabda 1:0 önə keçmişdi.

COP29