Portuqaliya futbolunda qalmaqal: 4 futbolçu oyun satıb

Portuqaliya futbolunda oyun alqı-satqısı ilə bağlı yeni qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, “Riu Ave” klubunun 4 futbolçusu oyun satmaqda şübhəli bilinir. Yerli polis onların adlarını açıqlamır.

İddiaya görə, həmin futbolçular ötən mövsüm Premyer Liqanın XX turu çərçivəsində “Feyrense” ilə səfər matçından əvvəl komandanın məğlubiyyətini təşkil etmək üçün pul alıblar. Oyunun start fitindən əvvəl isə bukmeyker kontorlarında meydan sahiblərinin qələbəsinə böyük məbləğlərdə pul qoyuluşu müşahidə edilib. Nəticədə oyun mərc proqramından çıxarılıb.

Qeyd edək ki, sözügedən qarşılaşma “Feyrense”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

COP29