Portuqaliyada güclü yanğın: 57 ölü – Fotolar

Portuqaliyanın Pedrogao Granda bölgəsindəki meşəlik sahədə səbəbi bilinməyən güclü yanğın çıxıb.

Yenicag.az xəbər verir ki, yanğında 57 nəfərin ölüb. Hadisə yerinə 1700 yanğınsöndürən maşını cəlb edilib, həmçinin İspaniya iki yanğınsöndürən helikopter göndərib. Portuqaliyanın baş naziri ölənlərin sayının artacağı ehtimalı olduğunu dilə gətirərək: “Təəssüff ki, son illərdə yaşadığımız ən böyük faciədir” deyib.

Yanğın nəticəsində çox sayda təhlükəsizlik xidmətinin əməkdaşlarının da yaralandığı bildirilir. Ətrafda olan evlər də yararsız hala düşüb.

Yenicag.az