!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Portuqallar Kamran Ağayev üçün bəyanat yaydı

!Reklam – Yazi

“Boavişta” klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyasının İntizam Şurası tərəfindən 3 oyunluq cəzalandırılması ilə əlaqədar bəyanat yayıb.

Yeniçağ.az xəbər verir ki, rəsmi açıqlamada qərarın təəssüf və kəskin etirazla qarşılandığı bildirilir. Belə ki, “Boavişta” rəhbərliyi 3 oyunluq cəzanı ağır qərar hesab edir. Bundan əlavə, hamının “Benfika” futbolçularının aktyorluq və təxribata çəkmə cəhdlərinə şahidlik etdiklərini diqqətə çatdırıb. Bəyanatda bildirilir:

“Heç kim bu haqsızlığa görə susacağımızı düşünməsin. Bizə bu yolla təsir etmək olmaz. Həmin epizoda baxanda görərik ki, Kamran Ağayevə verilən cəza doğru deyil”.
Sonda “Boavişta” azad və müstəqil klublara qarşı ayrıseçkilik hallarına qarşı dinc yolla mübarizə aparacağına təminat verib.

Qeyd edək ki, Kamran Ağayev Portuqaliya çempionatında 3:3 hesabı ilə nəticələnən XVII tur qarşılaşmasının final fitindən sonra “Benfika” futbolçuları ilə münaqişəyə girib. Bu səbəbdən birbaşa qırmızı vərəqə alan azərbaycanlı qapıçı 3 oyunluq cəza və 1530 avro cəriməyə məruz qalıb.

 

Yenicag.az

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv