!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Post terminalların işləməməsinin kökündə cəmiyyətin onlara tələbatının olmaması dayanır

!Reklam – Yazi

Azərbaycanda hazırda əksər satış məntəqələrində post terminallar quraşdırılıb. Lakin məsələ ondadır ki, quraşdırılan post terminalların çoxu işlək vəziyyətdə deyil. Bu fonda da əhali həmin post terminallardan yararlana bilmirlər.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirdi ki, hazırkı situasiyada cəmiyyətin post terminallara tələbatı aşağı səviyyədədir və sahibkarların özləri də onların işlək olmasında maraqlı deyillər:

“Azərbaycanda ümumiyyətlə, post terminallara maraq çox azdır. Belə bir marağı oyatmaq üçün də onlardan istifadəyə görə müəyyən güzəştlərin olması vacibdir. Dünya ölkələrində isə post terminallar çoxdan insanların gündəlik tələbatına çevrilib. Azərbaycanda isə post terminalları cəmiyyətin tələbatına çevirməyi ya bacarmırlar, ya da istəmirlər. Ona görə də həmin post terminallar görüntü xatirinə quraşdırılsa da, tez-tez onların işləmədiyinin şahidi oluruq. Ticarət obyektlərinin sahibləri istəyir ki, ödənişlər nağd şəklində olsun. Bu, azərbaycanlı iş adamları üçün post terminalların olmasından daha cəlbedici və maraqlıdır. Problem bir sıra səbəblərdən qaynaqlanır. Məsələn, ölkədə pulu nağdlaşdırma sahəsində problemlər var. Bu istiqamətdə müəyyən limit qoyulub, həmçinin post terminallara görə vergi də tutulur ki, belə məsələlər post terminalları yerli sahibkar və alıcıların gözündən salıb. Post terminalların cəmiyyətin tələbatına çevrilməsi prosesinin ləng getməsi və yaxud ümumiyyətlə, bu istiqamətdə inkişafın olmaması da məhz bu məqamdan qaynaqlanır”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv