Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Postpandemiya dövrünün MÜMKÜN GERÇƏKLƏRİ: “O vərdişlər uzun müddət unudulmayacaq” - Ekspert

“Çinin koronavirusdan əziyyət çəkən dövlətlərə gigiyenik vasitələr, spirt və tibbi maskalar göndərməsi dünyanın geosiyasi mənzərəsini dəyişib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının dünyada sosial, siyasi, məişət və digər sahələrə mümkün təsirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzi (STM) Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynovun sözlərinə görə, qlobal pandemiya sosial-siyasi mühitlə yanaşı, iqtisadi sferada da ciddi dəyişikliklərə səbəb olub:

“Qlobal pandemiya fonunda Səudiyyə Ərəbistanı ilə Rusiya arasında ziddiyyətli maraq savaşları başladı. Bununla yanaşı, istehsalın azalması ilə bağlı tədarük zəncirində yaranan kəsintilər dünya iqtisadiyyatına ciddi təlatümlər yaratdı. Sosial cəhətdən iş yerlərinin azalması, virusa yoluxmaq qorxusu insanları uzun müddət təlaş içində saxlamaqdadır.

Həmçinin beynəlxalq təşkilatlar arasında müəyyən problemlər baş qaldırdı. Çinin koronavirusdan əziyyət çəkən dövlətlərə gigiyenik vasitələr, spirt və tibbi maskalar göndərməsi dünyanın geosiyasi mənzərəsini müəyyən qədər dəyişdi. Bu aspektdə görünür ki, koronavirus pandemiyası həqiqətən də, dünyanın dəyişməsinə səbəb olub.

Artıq dövlətlər arasında münasibətlərin fərqli məzmun alması, konkret ölkələrin öz vətəndaşlarına qarşı münasibətlərində müəyyən korrektələrin edildiyi diqqətdən yayınmır. Dövlətlər pandemiya dövründə öz vətəndaşlarına sosial baxımdan, dəstək olmağa çalışdılar. Bu münasibət vətəndaşların davranış və düşüncələrinə də öz təsirini göstərir.

Dünya koronavirusa hələ də qalib gələ bilməyib və yoluxanların sayı artıq 6 milyon nəfərə çatıb. Sərhədlər bağlı olduğundan, qarşılıqlı səfərlər dondurulmuş vəziyyətdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı fikirlər də birmənalı deyil. ABŞ-ın bu təşkilatın üzvlüyündən çıxması və ÜST-ə ayırdığı maddi yardımı dayandırması sözügedən quruma yönəlik etimada da təsirsiz ötüşməyib. Nəticədə böyük dövlətlərin əksəriyyəti artıq ÜST-ün açıqlamalarına ciddi yanaşmır və özləri bu virusdan qurtulmağın yolunu axtarırlar”.

Ekspert qeyd edib ki, insanlar koronavirus dönəmində qazandıqları müəyyən vərdişləri hələ bir müddət davam etdirəcəklər:

“Pandemiyadan sonra insanlar arasında əvvəlki sıx münasibət müşahidə olunmayacaq. Çünki virus qorxusu insanların psixologiyasına ciddi təsir edib və bu vəziyyət hələ uzun müddət davam edəcək”.

Gülşən Şərif

www.yenicag.az

270