Potensial təhlükəli asteroid Yerə yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 6037 (1988 EG) asteroidinin avqustun 23-ü çərşənbə günü Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb

NASA-nın məlumatına görə, göy cismin uzunluğu 549 m-dir. Ondan Yerə olan məsafə 6,1 milyon kilometr olacaq. Asteroidin sürəti 51.300 km/saatdır.