Pozner Gürcüstandan qovuldu

Rusiyalı telejurnalist Vladimir Pozner və qonaqları Tbilisini planlaşdırılan vaxtdan tez tərk ediblər.

Yenicag.az xəbər verir ki, onların olduğu təyyarə Tbilisi beynəlxalq aeroportundan havaya qalxıb.

Xatırladaq ki, V. Pozner doğum gününü qeyd etmək üçün qonaqları ilə birgə martın 31-də Tbilisiyə gedib.

Rusiyalı telejurnalistin Gürcüstana səfəri kəskin etirazla qarşılandığından o, Tbilisini vaxtından əvvəl tərk etməli olub.

Etirazlara səbəb V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımaması, gürcü və abxazları təhqir etməsi olub.

Qeyd edək ki, onlar Gürcüstan paytaxtını aprelin 3-də tərk etməli idilər.

COP29