Pravoslav dünyasında böyük bölünmə: Ukrayna Pravoslav Kilsəsi nə üçün Moskva Patriarxlığından üz döndərdi?

Xristianlığın pravoslav təriqətinin ən böyük mərkəzlərindən olan Moskva Patriarxlığı (Rus Pravoslav Kilsəsi) bu təriqətin digər əhəmiyyətli mərkəzi olan İsgəndəriyyə Patriarxlığı ilə əlaqələri dayandırıb.

Yenicag.az xəbər verir ki, mütəxəssislər bu hadisəni pravoslav dünyasının ən əhəmiyyətli ayrılması və qarşıdurması hesab edirlər.

İsgəndəriyyə Patriarxı Teodorun bir neçə gün əvvəl Ukraynanın Moskva Patriarxlığından üz döndərib, Fənər-Yunan Patriarxlığının çətiri altına keçdiyinə dair qərar verməsi Ukraynadakı Fənər-Yunan Patriarxlığına bağlı olan qurumların Ukrayna Pravoslav Kilsəsini tanıdığını və bu kilsə ilə əlaqələr quracağını açıqlaması Ukraynanı özününkü hesab edən Moskva Patriarxlığının ciddi reaksiyasına səbəb olub.

Moskva Patriarxlığı İdarə Heyətinin toplantısında İsgəndəriyyə Patriarxı Teodor ilə münasibətləri dayandırmaq haqqında qərar verilib.

İsgəndəriyyə Patriarxı Teodorun Ukrayna mövzusunda qərarının İsgəndəriyyə Patriarxlığı İdarə Heyətinin iradəsinə əks şəkildə və təkbaşına verdiyini qeyd edən Moskva Patriarxlığı bu qərarı mövcud üsul və ənənələrə zidd sayır.

Qərarda İsgəndəriyyə Patriarxlığının adının pravoslav kilsələrində oxunan ayinlərdən çıxarılacağı bəyan edilib.

Qeyd edək ki, parvoslavların ruhani, mənəvi və fəxri mərkəzi kimi qəbul edilən Fənər-Yunan Patriarxlığı ötən il Ukraynanın Moskva Patriarxlığına deyil, Fənər Patriarxlığına daxil olduğuna dair qərar verib. Özünə bağlı Ukrayna Parvoslav Kilsəsi qurması Ukraynaya xüsusi önəm verən Moskva Patriarxlığının Fənər Patriarxlığı ilə münasibətlərinin pozulmasına səbəb olmuşdu. Bunun ardınca 2019-cu ilin yazında Yunan Pravoslav kilsəsinin Fənər-Yunan Patriarxlığını dəstəkləməsi Moskva Patriarxlığının Yunan kilsələri ilə münasibətlərini dayandırması ilə nəticələnmişdi.

Ukraynada Moskva Patriarxlığı üçün böyük əhəmiyyət daşıyan Peçerski Monastırı kimi xaç mərkəzlərinin olması rusların indiki Ukrayna torpaqlarını rus millətinin ortaya çıxdığı yer olaraq görmələri, Ukraynanın Rus Pravoslav Kilsəsi üçün xüsusi əhəmiyyət daşımasını şərtləndirir. Digər tərəfdən, Ukrayna mövzusunda dini qarşıdurmalarda Rusiya hakimiyyətinin Moskva Patriarxlığına, ABŞ-ın isə Fənər-Yunan Partiarxlığına dəstək verməsi faktdır. Mütəxəssislər bunu ABŞ və Rusiya arasında Şərqi Avropa üzərindəki mübarizənin dini sferaya təsiri kimi qiymətləndirirlər.

Onu da qeyd edək ki, Fənər Patriarxlığı pravoslav dünyasının mənəvi mərkəzi kimi qəbul edilməklə yanaşı Katolik dünyasındakı papadan fərqli olaraq pravoslav dünyasında Fənər Patriarxlığı mütləq lider deyil, bərabərlər arasında birinci olaraq qəbul edilir.

Pravoslav dünyasında öz fəaliyyətlərində və daxili işlərində müstəqil olan 14 kilsə mövcuddur. Fənər, İsgəndəriyyə, Qüds və Antakaya patriarxlıqları pravoslav kilsələri içərisində öndə gələn tarixi mərkəzlər kimi qəbul olunurlar. Buna qarşı Moskva Patriaxlığı bu tarixi kilslərin reallıqda bir neçə min camaatının olduğunu, özünün isə 200 milyonluq kilsə camaatına sahib olduğunu bəyan edir.

Yeri gəlmişkən, pravoslav dünyasının 14 kilsəsi içərisində olan Gürcü və Serb pravoslav kilsələri Ukrayna mövzusunda Fənər Patriarxlığına dəstək verməyib.

Mütəxəssislər yaxın dövrdə Ukrayna mövzusunda yaşanan dini qarşıdurmaların pravoslav dünyasında bölünməni dərinləşdirəcək hadisə kimi qiymətləndirirlər.

COP29