Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi bəlli olub.

Yenicag.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Sem Ellerdaysa həvalə olunub. O, bu postda Ronald Kumanı əvəzləyib. Tərəflər arasında 2019-cu ilin yayınadək sözləşmə imzalanıb.

Qeyd edək ki, “Everton” geridə qalan turlar ərzində cəmi 12 xal toplaya bilib və 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.