İngiltərənin “Everton” klubu növbəti transferini rəsmiləşdirib.
Yenicag.az xəbər verir ki, Premyer Liqa təmsilçisi London “Arsenal”ının hücumçusu Teo Uolkotu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Everton” 28 yaşlı hücumçunun keçidinə görə 20 milyon funt-sterlinq xərcə düşüb. 3,5 illik müqaviləyə imza atan futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
İngilis futbolçu “Arsenal”a 2006-cı ildə yetirməsi olduğu “Sauthempton” klubundan transfer edilmişdi. O, London təmsilçisinin heyətində 397 matça çıxıb, 108 qola atıb.
Xatırladaq ki, “Everton” bu qış transfer pəncərəsi dövründə daha öncə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Cen Tosunu 27 milyon funt-sterlinqə transfer etmişdi.