Reklam: High Technic
hightechnic

Premyer Liqa klubundan kapitanla 2 illik müqavilə

Reklam: Sinerji Pro

“Sumqayıt” klubu 2018/19 mövsümü üçün heyətini müəyyənləşdirmək yolunda çalışmalara başlayıb.

Yenicag.az xəbər verir ki, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi klubla yeni 2 illik sazişə imza atıb.

5 mövsümdü klubun şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə bu komandanın heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub, 1 qol vurub. Kapitan ümumilikdə isə “Sumqayıt”ın heyətində 131 qarşılaşmada meydana çıxıb.

Xatırladaq ki, Vurğun Hüseynovun “Sumqayıt”da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

www.yenicag.az

724