Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Neftçi”ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.
Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “ağ-qaralar” 4-cü pilləyə yüksəlib. Meydan sahibləri isə 11 xalla hələlik beşinci sıradadır.
Qeyd edək ki, saat 18:00-da başlayacaq matçda “Səbail” “Sabah”ı qəbul edəcək. Ötən gün açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq./report