Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Zirə”ni qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 20-ci dəqiqədə Rauf Hüseynli vurub.
Beləliklə, ilk qələbəsini qazanan meydan sahibləri 3 xalla sonuncu pillədə qərarlaşıb. Əvvəlki bütün görüşlərdə qalib gələn paytaxt klubu 12 xalla liderdir.
Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Turun ilk oyununda “Turan Tovuz” səfərdə “Sabah”ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.