Premyer Liqa: “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

Açılış matçında autsayderlər zonasında qərarlaşan “Kəpəz” yuxarı pillələrdə yer alan “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqlar 20-ci dəqiqədə Roi Kehatın qolu ilə hesabı açsalar da, Gəncə təmsilçisi 43-cü dəqiqədə “status-kvo”nu bərpa edib. Georgi Papunaşvili adını tabloya yazdırıb.

Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 24-ə, “Kəpəz” isə 14-ə yüksəldib.

Qeyd edək ki, turun digər oyunları dekabrın 15, 16 və 18-də keçiriləcək./Report

COP29