Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura star veriləcək.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Sumqayıt” “Keşlə”Ni, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, tura aprelin 7-də keçiriləcək “Qəbələ” – “Qarabağ” və “Sabah” – “Səbail” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XXIII tur
6 aprel (şənbə)
16:00 . “Sumqayıt” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
I dövrə – 2:1. II dövrə – 1:4. III dövrə – 1:2
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Bakcell Arena”
I dövrə – 2:1 II dövrə – 2:2. III dövrə – 0:0