Reklam: High Technic
hightechnic

“Qarabağ” ili qələbə ilə başa vurdu - VİDEO

Reklam: Sinerji Pro

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Yenicag.az xəbər verir ki, günün yeganə matçında son çempion “Qarabağ” səfərdə debütant “Səbail”lə qarşılaşıb.

Ağdam təmsilçisi bu oyunda qalib gələcəyi təqdirdə, ən yaxın izləyicisi ilə xal fərqini 6-ya yüksəldəcəkdi. “Səbail” isə doğma meydanda keçirəcəyi ikinci oyundan xalla ayrılmaq arzusundaydı. Son illərin dəyişməz çempionu bu ilin son çempionat matçından da qalib ayrılıb.

Bu qarşılaşma 2017-ci ildə keçirilən son çempionat oyunu olub. Premyer Liqada 3-cü dövrəyə gələn ilin fevralında start veriləcək.

Azərbaycan Premyer Liqası
4-cü turdan təxirə salınan oyun
8 dekabr

“Səbail” – “Qarabağ” 0:2
Qol: P.Enrike, 57. D.Kintana, 69-pen.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
Bakı. “Bayıl Arena”, 19:00.

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 18. Adrian Popoviçi, 23. Ayron Stati, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 47. Əsgər Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 88. Elşən Abdullayev.
Baş məşqçi: Qurban Qurbanov.

www.yenicag.az

1455