Premyer Liqada yeni baş məşqçi

İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisi rəsmən bəlli olub.

Yenicag.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Manuel Pelleqrini ilə anlaşıb.

Klubun yaydığı məlumata görə, təcrübəli mütəxəssislə 3 illik sözləşmə imzalanıb. Pelleqrini ilinə 7 milyon funt-sterlinq qazanacaq.

Qeyd edək ki,  o, bu postda Devid Moyesi əvəzləyib.