Premyer Liqamızın bombardiri mükafatını aldı – FOTOLAR

Topaz Premyer Liqasında 2017/18 mövsümünün ən sərrast oyunçusu “Qəbələ”nin üzvü Baqali Dabo oldu.

Yenicag.az xəbər verir ki, bütün rəqiblərini qabaqlayan hücumçu 13 qolla çempionatın ən sərrast oyunçusu adına layiq görüldü.

Peşəkar Futbol Liqası tərəfindən bu gün “Azersun Arena”da baş tutan mükafatlandırma mərasimində Baqali Daboya bombardir üçün hazırlanmış xüsusi hədiyyəni AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdi. Baqali Dabo eyni zamanda “Qəbələ”nin üzvü kimi gümüş medala sahib çıxdı. Dabo gümüş medalını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən aldı.

Qeyd edək ki, ötən mövsümün ən sərrast oyunçuları Rauf Əliyev və Filip Ozobiç də hazırda “Qəbələ”nin formasını geyinirlər.