Premyer Liqamızın lideri malili futbolçu transfer etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan və turnir cədvəlində birinci pillədə qərarlaşan “Zirə” daha bir futbolçu ilə güclənib.

Yenicag.az xəbər verir ki, Sadio Tounkara bu gündən “qartallar”ın düşərgəsinə qoşulub. 25 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadı. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə “Xəzər Lənkəran” və AZAL klublarının şərəfini qoruyub. Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında da çıxış edib.

Yenicag.az