!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Premyer Liqanın 4 klubu cərimələndi

!Reklam – Yazi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” – “Keşlə” oyununda “meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda “ağ-qaralar”ın yarımmüdafiəçisi Mamadu Kane eyni səbəbdən 1 oyunluq diskvalifikasiya olunub. Klubu isə buna görə 200 manat cərimələnib.

“Sumqayıt” – “Zirə” matçında “gənclik şəhəri” təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək.

Həmin qarşılaşmada qonaqların yarımmüdafiəçisi Kərim Diniyev oyunun 90+3-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat məbləğində cərimə olunub.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv