Premyer Liqanın başlayacağı tarix açıqlandı

İngiltərə Premyer Liqasının bərpa ediləcəyi tarix açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, Premyer Liqa iyun ayının 17-də start götürəcək. Həmin gün “Mançester Siti” “Arsenal”la qarşılaşacaq.

Qeyd edək ki, İngiltərədə bütün idman yarışları koronavirus pandemiyası səbəbindən mart ayında təxirə salınmışdı.