!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Prezident 10 milyon avro mükafat təyin etdi - Dünya çempionluğu üçün

!Reklam – Yazi

Futbol üzrə Serbiya yığmasının DÇ-2018-i qazanacağı halda əldə edəcəyi mükafatın məbləği açıqlanıb.

Yenicag.az xəbər verir ki, sözügedən komanda bu ay Rusiyada start götürəcək mundialın qalibi olacağı halda 10 milyon avroluq mükafata layiq görüləcək.

Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bu gün futbolçu və məşqçi heyəti ilə görüşü zamanı məlumat verib.

Serbiya prezidenti bildirib ki, mükafat yalnız dünya çempionluğu üçün təyin olunmayıb. Belə ki, finala vəsiqə qazanacaqları halda, bu komandaya 5 milyon avro mükafat veriləcək. Qrupdan çıxmağın mükafatı isə 500 min avro olacaq.

www.yenicag.az

2414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv