!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident 2 generalı işdən qovdu – Jurnalistin həbsinə görə

!Reklam – Yazi

Rusiya prezidenti jurnalistin həbsi ilə əlaqədar 2 polis generalını vəzifəsindən azad edib.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, iyunun 6-da jurnalist İvan Qolunovun üzərində narkotik maddə “aşkarlayaraq”, onu həbs etdirən generallar – Moskva Qərb Dairəsi Polisinin rəisi Andrey Piuçkov və Moskva Polisi Narkotiklərin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə İdarəsinin rəisi Yuri Devyatkin öz qanunsuzluqlarının qurbanı olublar.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin adları çəkilən generalların cəzalandırılması üçün daxili işlər naziri Vladimir Kolokoltsevin göndərdiyi təqdimatı müsbət cavablandırıb. Qeyd edək ki, İvan Qolunovun saxta ittihamla həbs olunması Rusiyada ciddi narazılıq doğurub. Jurnalist iyunun 10-da azadlığa buraxılıb.

www.yenicag.az

1947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv