Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin (DİN) 4 generalını vəzifəsindən azad edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vəzifəsindən azad edilənlər daxili işlər nazirinin köməkçisi, polis general-mayoru Andrey Viktoroviç, Başqırdıstanın daxili işlər naziri, polis general-leytenantı Mixail Zakomaldin və Rusiya DİN-in baş müfəttişi, polis general-leytenantı Yevgeniya Martınovadır.
DİN generalı, Daxili Qoşunların baş komandanının birinci müavini Aleksandr Butin isə hərbi xidmətdən kənarlaşdırılıb.
V.Putinin fərmanına əsasən, Leninqrad vilayətinin prokuroru Stanislav İvanov da vəzifəsindən uzaqlaşdırılıb.