Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Qurani-Kərim”in tam şəkildə nazil edildiyi Qədr gecəsi şərəfinə 514 məhkumu əfv edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Dövlət başçısı hökumətin cümə günü videobağlantı vasitəsilə keçirilən iclasında müvafiq fərmanı imzalayıb.
Vilayət, etrap (rayon) və şəhərlərin rəhbərlərinə əfv olunanların işlə təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.