Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
Yenicag.az-ın xəbərinə görə, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
“general-leytenant” hərbi rütbəsi
general-mayor Ayaz Binyət oğlu Həsənova
“general-mayor” hərbi rütbəsi
polkovnik Fazil Köçəri oğlu Ağalarova
polkovnik Məmməd Şəmil oğlu Eminova
polkovnik Elçin Xəzənağa oğlu Xəlilova
polkovnik Rauf Arif oğlu İsmayılova
polkovnik Namiq Qasım oğlu Poladova
polkovnik Mübariz Balağa oğlu Rzayevə
polkovnik Niyaməddin Məhərrəm oğlu Tağıyevə.