Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezident: "Addımlarımızı elə atmalıyıq ki, iqtisadi fəallığı qoruyub, saxlayaq"

“İqtisadi addımlarımızı elə atmalıyıq ki, indiki çətin şəraitdə müəyyən mənada iqtisadi fəallığı qoruyub, saxlayaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı bildirib.

Ölkə başçısı İlham Əliyev çıxışında qeyd edib ki, iqtisadi sahədə aparılan siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə hələ ki, müsbət dinamikanın olduğunu göstərir. Ancaq istisna olunmur ki, aprel, may və iyun aylarında tənəzzül müşahidə olunsun:

“Hər kəs yaxşı bilir ki, pandemiya ilə bağlı bütün ölkələr demək olar ki, sərhədlərini bağlayıblar. Ancaq ticarət və yük daşımaları sayəsində işlər davam edir. Düzdür, indi ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yük daşımalarda isə vəziyyət nisbətən normaldır. Lakin iki ayın yekunları ilə üç ayın yekunlarını müqayisə edəndə görürük ki, həm ÜDM-də düşmə var, eyni zamanda qeyri-neft sektorunda tənəzzül var. Baxmayaraq ki, hələlik artımı görürük, ancaq növbəti aylarda vəziyyət karantin rejiminin nə vaxta qədər davam etməsinə bağlıdır. Eyni zamanda nəzərə alın ki, karantin rejimi hələ müəyyən qədər davam edəcək”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

2950
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100