Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.
Yenicag.az bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.