Prezident Administrasiyasının üç şöbəsi ləğv olunub

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi ləğv edilib.