Prezident Adminstrasiyasının rəhbəri səs verdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev bələdiyyə seçkilərində səs verib.

Yenicag.az xəbər verir ki, o, 16 sayli Yasamal 2-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.