!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Ağdaşda Heydər Əliyev abidəsini ziyarət etdi - FOTO/YENİLƏNİR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Yenicag.az-a məlumat verilib.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra  Prezidenti İlham Əliyev Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılış mərasimində iştirak edib.

* * *

Oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

* * *

Oktyabrın 28-də Ağdaşda Biyan Sənaye Parkının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də açılışda iştirak edib.

www.yenicag.az

2498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv