Prezident ailəsinin səsvermə anı – VİDEO

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Yenicag.az xəbər verir ki, ölkə başçısı İlham Əliyev ailəsi ilə birlikdə səhər saatlarında səsvermədə iştirak edib.

Prezident ailəsi 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə səsvermə hüququndan istifadə edib.