Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.