Prezident Anar Kərimova vəzifə verdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az sərəncamın mətnini təqdim edir:

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.